Menu

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərəcək

02.10.2026, 00:04
ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərəcək

Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və dəniz piyadaları olan əlavə gəmilər göndərəcək, bununla da regiondakı ABŞ hərbçilərinin sayı daha 9-10 min nəfər artacaq.

"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə amerikalı məmurlar bildirib.

Əlavə gəmilərin, qırıcıların, dəniz piyadalarının və dənizçilərin noyabrın sonuna qədər regiona gəlməsi gözlənilir.

Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən başladılması imkanını nəzərdən keçirir. O, bu yaxınlarda köməkçilərinə noyabr ayında bombardmanları bərpa edəcəyini bildirib

"Theodore Roosevelt" aviadaşıyıcısı planlaşdırılmış yerləşdirmə çərçivəsində sentyabrın 27-də San-Diyeqodan yola düşüb. Ertəsi gün tərkibində 13-cü Ekspedisiya Bölməsinin dəniz piyadalarının olduğu üç gəmidən ibarət "Makin Island" amfibiya qrupu da dənizə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol