Menu

Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb

02.10.2026, 09:51
Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“AzPolitika" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 119,26 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol