Menu

Paşinyan Minskə getmədi - Amma iclasa qatıldı

02.10.2026, 12:05
Paşinyan Minskə getmədi - Amma iclasa qatıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının (HHŞ) Minskdə keçirilən iclasına getməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, Paşinyan iclasa yalnız vidokonfrans vasitəsilə qatılıb.

HHŞ-nin iclası hazırda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumət başçılarının iştirakı ilə məhdud formatda keçirilir.

Şuranın genişləndirilmiş iclası daha sonra nümayəndə heyətlərinin və müşahidəçi ölkələrin rəhbərliyinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, Paşinyanın bundan öncə də Belarus rəhbərliyi ilə münasibətləri soyuq olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol