Menu

Rusiya öz hərbi helikopterini vurdu - Voronej səmasında “dost atəşi”

02.10.2026, 14:46
Rusiya öz hərbi helikopterini vurdu - Voronej səmasında “dost atəşi”

Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Mi-8 hərbi nəqliyyat helikopteri Voronej vilayəti səmasında “dost atəşi” nəticəsində vurulub. Hadisə zamanı bortdakı 3 ekipaj üzvünün hər biri həlak olub.

İlkin məlumatlara görə, faciəyə səbəb Rusiya ordusunun idarəetmə və identifikasiya sistemindəki ciddi qüsurlar olub. 

Belə ki, eyni ölkənin Hərbi-Kosmik Qüvvələrinə aid edilən Su-35 qırıcısı havada hərəkət edən Mi-8 helikopterini Ukrayna istehsalı olan zərbə dronu kimi qəbul edərək ona raket zərbəsi endirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol