Menu

İrandan Məkkə sazişi ölkələrinə husilərlə bağlı TƏKLİF

02.10.2026, 19:21
İrandan Məkkə sazişi ölkələrinə husilərlə bağlı TƏKLİF

İran Yəmən husiləri ilə siyasi qarşılıqlı fəaliyyət imkanını nəzərdən keçirməyi təklif edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təklif gələn həftə Ər-Riyadda Məkkə sazişi komitəsinin təcili iclasında nəzərdən keçiriləcək. Müzakirədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan iştirak edəcək.

İ.Dar qeyd edib ki, İran tərəfindən hələlik yazılı təklif yoxdur.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də Məkkə sazişini imzalayıb. Sənədə əsasən, ölkələrdən birinə edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol