Menu

Bu ölkə investisiya yatıran əcnəbilərə vətəndaşlıq verəcək

02.10.2026, 20:00
Bu ölkə investisiya yatıran əcnəbilərə vətəndaşlıq verəcək

Argentina ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış əcnəbilərə vətəndaşlıq verilməsi proqramına başlayacaq.

"AzPolitika" xəbər verir ki, bunu Argentinanın iqtisadiyyat naziri Luis Kaputo "X" sosial şəbəkəsində açıqlayıb.

Onun sözlərinə görə, proqram çərçivəsində müraciətlərin qəbulu 2026-cı ilin dördüncü rübündə başlayacaq.

L.Kaputo qeyd edib ki, proqram Argentinanın daha geniş açıqlıq və beynəlxalq inteqrasiya kursunun, eləcə də investisiyaların cəlb edilməsinə yönəlmiş hökumət islahatlarının bir hissəsidir.

Proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun tövsiyələrinə uyğun olaraq maliyyə şəffaflığı və risklərin idarə edilməsi standartlarını nəzərdə tutur.

"Biz Argentinanın əlaqələrinin gücləndirilməsi, vətəndaşlığımızın dəyərinin beynəlxalq səviyyədə təşviqi, ölkənin açıq və etibarlı bir dövlət kimi mövqeyinin möhkəmləndirilməsi üzərində işləməyə davam edirik", - nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol