Menu

"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək

03.10.2026, 10:10
"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək

"Turan Tovuz" bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək.

"AzPolitika" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol