UNEC THE WUR 2027-də 2297 universitet arasında 701–800-cü qrupda yer alaraq Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən universiteti olub.
Tədqiqatın keyfiyyətində 158 pillə yüksəliş
UNEC-in THE WUR 2027-də ən yüksək nəticəsi Tədqiqatın keyfiyyəti (Research Quality) göstəricisi üzrə qeydə alınıb. Universitet bu istiqamətdə dünyada 323-cü mövqedə qərarlaşıb. Ötən illə müqayisədə UNEC bu göstərici üzrə 158 pillə irəliləyib.
Tədqiqatın keyfiyyəti üzrə nəticənin formalaşmasında UNEC-in Citation Impact – 97.7, Research Strength – 96.9 və Research Excellence – 64.4 göstəriciləri xüsusilə diqqət çəkir. Bu nəticələr universitetin elmi fəaliyyətinin beynəlxalq akademik mühitdə təsirinin əsas göstəricilərindən biridir.
Beynəlmiləlləşmədə 276 pillə irəliləyiş
UNEC-in reytinqdə seçilən digər nəticəsi Beynəlmiləlləşmə (International Outlook) istiqamətində qeydə alınıb.
Belə ki, UNEC bu göstərici üzrə 376-cı yerdə qərarlaşıb. Ötən reytinqlə müqayisədə 276 pillə irəliləyib.
Beynəlmiləlləşmə göstəricisinin ayrı-ayrı komponentləri üzrə də yüksək nəticələr qeydə alınıb. Beynəlxalq birgə müəlliflik üzrə göstərici 85.6, beynəlxalq əməkdaşlar üzrə 84.0, beynəlxalq tələbələr üzrə isə 54.5 bal təşkil edib.
Eyni zamanda, UNEC-də beynəlxalq əməkdaşların və beynəlxalq tələbələrin payı yüksəlib.
Dünya medianından yüksək nəticələr
UNEC-in Tədqiqatın keyfiyyəti üzrə göstəricisi dünya medianını 27.1 bal, Beynəlmiləlləşmə üzrə göstəricisi isə 29.8 bal üstələyir.
Bu göstəricilər UNEC-in məhz elmi tədqiqatların keyfiyyəti və beynəlxalq akademik əlaqələrin inkişafı istiqamətlərində qlobal universitetlər arasında yüksək nəticə nümayiş etdirdiyini göstərir.
UNEC-in yüksəlişi yalnız Tədqiqatın keyfiyyəti və Beynəlmiləlləşmə ilə məhdudlaşmır. Universitet Tədris (Teaching) və Tədqiqat mühiti (Research Environment) göstəriciləri üzrə də əvvəlki nəticələrini yaxşılaşdırıb.
Reytinqdə göstəricilərin çəkisi
THE WUR universitetləri beş əsas istiqamət üzrə qiymətləndirir: Tədqiqatın keyfiyyəti – 30%, Tədris – 29.5%, Tədqiqat mühiti – 29%, Beynəlmiləlləşmə – 7.5%, Sənaye ilə əməkdaşlıq – 4%.Bu bölgü göstərir ki, reytinq nəticəsinin formalaşmasında tədqiqat və tədris göstəriciləri xüsusi çəkiyə malikdir.
Ümumilikdə, THE WUR 2027 nəticələri UNEC-in qlobal universitetlər arasında mövqeyinin xüsusilə tədqiqatın keyfiyyəti və beynəlmiləlləşmə göstəricilərindəki yüksək nəticələrlə xarakterizə olunduğunu göstərir



Şərhlər