Menu

Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi

03.10.2026, 21:02
Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi

Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.

"Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.

Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:

"Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol