Menu

"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu

03.10.2026, 22:05
"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu

"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.

 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. /Ölkə.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol