Menu

Ermənistanın xarici işlər naziri İrana gedir

03.10.2026, 23:31
Ermənistanın xarici işlər naziri İrana gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah İranın paytaxtı Tehrana səfər edəcək.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri İran rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol