Menu

Kaliforniyada iri miqyaslı yanğın baş verib - Sakinlər təxliyə edilib

04.10.2026, 09:02
Kaliforniyada iri miqyaslı yanğın baş verib - Sakinlər təxliyə edilib

ABŞ-nin Kaliforniya ştatında təbii yanğın səbəbindən bir neçə rayonun sakinlərinin təxliyəsi elan edilib.

"Report" ştatın yanğınsöndürmə xidmətinə istinadən xəbər verir ki, yanğın Los-Anceles dairəsində qeydə alınıb.

Yanğın hazırda təxminən 287 hektar ərazini əhatə edib. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Yanğınla mübarizə üçün yerüstü yanğınsöndürmə briqadaları və aviasiya iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol