Menu

ABŞ sahillərində itmiş təyyarənin qalıqları aşkarlanıb

04.10.2026, 09:26
ABŞ sahillərində itmiş təyyarənin qalıqları aşkarlanıb

ABŞ-nin Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında yoxa çıxan təyyarənin qalıqlarını aşkarlayıb. Təyyarədə altı nəfər olub.

"Report"un ABŞ Sahil Mühafizəsinə istinadən məlumatına görə, axtarış qrupları qəza yerini müəyyənləşdirib və tapılan qalıqların itkin düşmüş təyyarəyə məxsus olduğunu təsdiqləyib.

Təyyarədəki altı nəfərin axtarışı davam edir.

Bermud adalarından Bostona gedən "Gulfstream G100" aviasiya sanitar təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər tezdən kəsilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol