Menu

Hörmüz boğazında tankerə hücum olub - UKMTO məlumat yayıb

04.10.2026, 15:16
Hörmüz boğazında tankerə hücum olub - UKMTO məlumat yayıb

Hörmüz boğazında tanker naməlum mərminin hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Tankerin kapitanı maşın şöbəsində zədələnmələrə səbəb olan naməlum mərminin dəyməsi barədə xəbər verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, heyət təhlükəsizlikdədir və hazırda ekoloji ziyan barədə informasiya daxil olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hörmüz boğazından keçən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol