Menu

Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək - Türkiyə XİN açıqladı

04.10.2026, 20:39
Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək - Türkiyə XİN açıqladı

Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, iclasda Türkiyənin XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmilər iştirak edəcəklər.

Toplantıda regionda baş verən son proseslər, eləcə də ittifaqın institusional strukturunun formalaşdırılması istiqamətində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunacaq.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol