Menu

İran raketlərinin mənzilini artırmaq üçün işə başladı - AÇIQLAMA

04.10.2026, 20:59
İran raketlərinin mənzilini artırmaq üçün işə başladı - AÇIQLAMA

İran ordusu öz raketlərinin mənzilinin artırılması üzərində işə başlayıb.

B barədə "Fars" agentliyinə müsahibəsində İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.

Onun sözlərinə görə, bu qərar ABŞ-yə qarşı döyüş əməliyyatları təcrübəsi ilə bağlıdır.

"Müharibənin yekunlarına əsasən biz bu qənaətə gəldik ki, raketlərimizin mənzilini mütləq artırmalıyıq və hazırda biz bu istiqamətdə hərəkət edirik", - general deyib.

Əkrəminiya həmçinin iddia edib ki, münaqişə zamanı istifadə olunan, o cümlədən Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri tərəfindən tətbiq edilən raketlər yüksək səmərəlilik nümayiş etdirib. Bununla yanaşı, onların mənzilini və sürətini artırmaq barədə qərar qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol