Menu

Biləsuvarda baş verən qətlin təfərrüatları məlum olub

05.10.2026, 00:10
Biləsuvarda baş verən qətlin təfərrüatları məlum olub

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, toy mərasimində Milan Soltanlı və İlkin Mehtiyev arasında mübahisə yaranıb.

Daha sonra mübahisə kənddə davam edib. Nəticədə Milan Soltanlı İlkin Mehtiyev tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, onlar xalaoğludurlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

****

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanıb.

Ağır xəsarətlər alan M. Soltanlı hadisə nəticəsində həyatını itirib.

Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol