Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü N.Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü X.Vəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Hadisə zamanı hər iki qardaş sərxoş olub. Qazax rayonundan olan 2003-cü il təvəllüdlü Nicat Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü Xəyal Vəliyev Ağstafa rayonunda restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə olan qardaşlar restoranda ard-arda bir neçə mahnı sifariş verib, oynayıblar. Onlar yenidən mahnı sifariş verərkən səs-küy salıb, restorandakı digər qonaqların istirahətinə mane olublar. Restoran sahibi musiqini saxlayıb və qardaşlara iradını bildirib. Bu vaxt Xəyal stoldakı pivə bakalını qıraraq, həmin bakalla özünə xəsarətlər yetirməyə başlayıb. Bu vaxt yanında olan qardaşı Nicat qırılmış bakalı ondan almağa cəhd edib və nəticədə özü də xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.


Şərhlər