Menu

Ukraynaya 205 PUA ilə hücum - Ölən və yaralananlar var, liman vuruldu

05.10.2026, 11:47
Ukraynaya 205 PUA ilə hücum - Ölən və yaralananlar var, liman vuruldu

Rusiya Silahlı Qüvvələri oktyabrın 5-ə keçən gecə Ukrayna ərazisinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Hücum zamanı xüsusilə Xarkov və Odessa vilayətləri ciddi zərər çəkib, mülki obyektlərə dəyən zərbələr nəticəsində tələfat və dağıntılar qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraina Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.Açıqlanan son məlumatlara əsasən, Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin fırlatdığı 205 kamikadze dronundan 172-sini havada zərərsizləşdirə bilib.

Xarkov şəhərinin meri İqor Terehovun verdiyi məlumata görə, bazar günü gecə saatlarında PUA-ların yaşayış binalarına çırpılması nəticəsində 1 nəfər həlak olub, ən azı 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ukraina Fövqəladə Hallar Dövlət Xidməti (DSNS) xəbər verir ki, zərbələr şəhərin İndustrial rayonuna endirilib. Hücum nəticəsində ikiərtəbəli inzibati bina və yaxınlıqdakı avtomobillər yanaraq kül olub, ətrafdakı yaşayış və sənaye binalarına ciddi ziyan dəyib. Hazırda xilasedicilər hadisə yerində təmizləmə və axtarış işlərini davam etdirirlər.

Gecə saatlarında digər əsas hədəf Odessa vilayəti olub. Vilayət Administrasiyasının rəhbəri Oleg Kiperin bildirdiyinə görə, düşmən zərbələri əsasən sənaye və liman infrastrukturunu, eləcə də bağ təsərrüfatı zonasını hədəf alıb. Hücum yerlərdə miqyaslı yanğınlara səbəb olub. 

Güclü tüstülənmə ilə əlaqədar Odessa DSNS-nin radiasiya, kimyəvi və bioloji mühafizə mütəxəssisləri ərazidə xüsusi ölçmə işləri aparıblar. Yoxlamaların nəticələrinə görə havanın tərkibində təhlükəli maddələr aşkar edilməyib. Odessadakı hücumlar zamanı xəsarət alan olmayıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol