Menu

“Azercell” yeni “Oyun Portalı”nı istifadəyə verir

05.10.2026, 12:40
“Azercell” yeni “Oyun Portalı”nı istifadəyə verir

“Azercell” rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell” mobil tətbiqində istifadəyə verilən yeni “Oyun Portalı” müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.

Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.

İlkin mərhələdə “Oyun Portalı” bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.

15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq. Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 AZN, əlavə hər cəhd üçün isə 0,40 AZN təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.

“Azercell” “Oyun Portalı”nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol