Menu

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı məhkəmə prosesi bu tarixdə keçiriləcək

05.10.2026, 13:15
Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı məhkəmə prosesi bu tarixdə keçiriləcək

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşı İ. A.-nın işi üzrə birinci məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a onun vəkili Teona Peradze məlumat verib.

Daha əvvəl verilən məlumata görə, 40 yaşlı kişi sentyabrın sonundan 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlakı zədələməyə görə məsuliyyəti nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Peradzenin sözlərinə görə, onun müdafiə etdiyi şəxs hazırda ibtidai həbsdədir, iş üzrə istintaq davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol