Menu

Nobel mükafatı “optogenetika” kəşfinə verildi

05.10.2026, 14:32
Nobel mükafatı “optogenetika” kəşfinə verildi

Fiziologiya və təbabət üzrə Nobel mükafatının sahibləri müəyyənləşib. İsveç Krallıq Elmlər Akademiyasının qərarı ilə 2026-cı il üzrə nüfuzlu mükafat alimlər Karl Deisserot, Peter Hegemann və Georg Nagellə verilib.

“AzPolitika” xəbər verir ki, tədqiqatçılar “İşığa həssas ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə” bu yüksək mükafata layiq görünüblər.

Optogenetika müasir neyrobiologiyanın ən böyük sıçrayışlarından biri hesab olunur. Bu texnologiya işığa həssas zülalların geni vasitəsilə beynin müəyyən neyronlarını işıq şüaları ilə aktivləşdirməyə və ya tormozlamağa imkan verir. Alimlərin bu kəşfi beynin xəritəsinin çıxarılması, Parkinson, depressiya, epilepsiya və digər ağır neyroloji xəstəliklərin yaranma mexanizmlərinin öyrənilməsi və müalicəsində inqilabi dönüş yaradıb.

Qeyd edək ki, Karl Deisserot Stenford Universitetinin, Peter Hegemann Humboldt Universitetinin, Georg Nagel isə Vürzburq Universitetinin professorudur. Mükafatlandırılan alimlər işığa həssas proteinlərin (xüsusən rhodopsinlərin) hüceyrə səviyyəsində işləmə mexanizmini kəşf edərək onları optogenetik vasitəyə çeviriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol