Qara dənizdə Rusiyanın zərbəsi nəticəsində batan gəmidə həlak olan azərbaycanlı kapitanın kimliyi məlum olub.
"AzPolitika" Ölkə.az-a istinadla xəbər veri ki, həmin şəxs kapitan Rüstəm Həsənovdur.
O, əslən Masallı rayonundandır. Onun təxminən 50–55 yaşlarında olduğu bildirilir.
Qeyd edək ki, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinə Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA ilə hücum edilib. Gəmidə 11-i Azərbaycan, 2-si Hindistan vətəndaşı olmaqla 13 nəfər heyət olub. İki PUA ilə həyata keçirilən hücum nəticəsində kapitan və aşpaz həlak olub. Kapitanın meyiti gəmidən çıxarılıb, Masallı sakini olan aşpazın meyiti isə batan gəmidə qalıb. Hücum zamanı xəsarət alan 8 heyət üzvü hazırda xəstəxanada müalicə olunur, digər heyət üzvləri isə tibbi müayinədən sonra evə buraxılıblar.m



Şərhlər