Türkiyənin Ankara şəhərindən Şanlıurfa GAP Hava Limanına uçan “AJet” sərnişin təyyarəsində təhlükəli partlayıcı qurğunun olması ilə bağlı məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə əlaqədar Şanlıurfa valisi Hasan Şıldak açıqlama verib.
Açıqlamaya əsasən, məlumatdan sonra təyyarə təhlükəsiz şəkildə eniş edib və göyərtədəki 143 nəfər – sərnişinlər və ekipaj üzvləri nəzarətli şəkildə təxliyə olunub.
Təhlükəsizlik və axtarış qrupları təyyarə və baqaj üzərində ətraflı yoxlamaları davam etdirirlər.


Şərhlər