Menu

630 minlik "Lamborghini" sürən gənc məhkəmə qarşısında - Hakim polislə razılaşmadı

06.10.2026, 22:17
630 minlik "Lamborghini" sürən gənc məhkəmə qarşısında - Hakim polislə razılaşmadı

Bakının Səbail rayonunda "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.

"AzPolitika" "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Ramiz oğlu Həsənli bazar dəyəri 630 min manat olan "Lamborghini Urus SE MY26 Plug-in Hybrid" avtomobili ilə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib. 

Hadisə "drift" kimi qiymətləndirilib.

Bununla bağlı Səbail Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çox sayda təkər izinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.

Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol