Menu

"Qərb ölkələrinin neft ehtiyatları tükənib" - "Vitol" rəhbərindən xəbərdarlıq

07.10.2026, 10:26
"Qərb ölkələrinin neft ehtiyatları tükənib" - "Vitol" rəhbərindən xəbərdarlıq

ABŞ və İsrailin İranla münaqişəsi nəticəsində Qərb ölkələrinin neft ehtiyatları tükənib. 

"AzPolitika" xəbər verir ki, bunu dünyanın ən böyük müstəqil neft treyderi olan "Vitol" şirkətinin baş icraçı direktoru Rassel Hardi (Russell Hardy) bildirib.

O, yanacaq bazarındakı gərginliyin yaxın aylarda da davam edəcəyini vurğulayıb.

Londonda keçirilən Enerji Kəşfiyyatı Forumunda çıxış edən R.Hardi vəziyyəti belə qiymətləndirib:

"Qərbdə istifadə edilə biləcək ehtiyat qalmayıb. Biz əlimizdə olan bütün ehtiyatları istifadə etmişik."

Qeyd edək ki, oktyabrın 2-də "Böyük Yeddilik" (G7) ölkələri dörd ay ərzində strateji ehtiyatlardan 100 milyon barel neft məhsulunun bazara çıxarılması barədə qərar qəbul ediblər. Beynəlxalq KİV-in məlumatına görə, G7 bu addımı noyabrda keçiriləcək Konqresə seçkilər öncəsi ABŞ-də yanacaq qiymətlərinin artmasının qarşısını almağa çalışan Donald Trampın təzyiqi ilə edib.

Mövcud böhran fonunda Avropa Komissiyası enerji qiymətlərinin yüksəlməsi səbəbindən regionu "çox çətin bir qış" gözlədiyi xəbərdarlığını edib. "Saudi Aramco" şirkətinin hesablamalarına görə isə qlobal neft ehtiyatlarının əvvəlki səviyyəyə qaytarılması üçün ən azı iki il tələb olunacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol