Menu

Marşrut avtobusu ilə minik avtomobili toqquşub - Ölən var

08.10.2026, 09:38
Marşrut avtobusu ilə minik avtomobili toqquşub - Ölən var

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol qəzası olub.

"AzPolitika" xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.

Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol