Menu

Səhiyyə Nazirliyi ləngimələrlə bağlı məsələyə münasibət bildirib

08.10.2026, 12:05
Səhiyyə Nazirliyi ləngimələrlə bağlı məsələyə münasibət bildirib

Elektron sistemdəki problemlərlə əlaqədar yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

Bu barədə "AzPolitika"ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: "Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol