Vaşinqton administrasiyası "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İran neftinin satışını dəstəkləyən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.
"Bu gün görülən tədbirlər İranın qalan qanunsuz dəniz infrastrukturuna ən ciddi zərbəni vurur və "kölgə donanması"nın böyük əksəriyyətini sıradan çıxarır", - "Reuters" ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərini sitat gətirib.
Nazirliyin məlumatına görə, məhdudiyyətlər İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının daşınmasını həyata keçirən 6 fiziki şəxsə, 18 şirkətə və 17 gəmiyə şamil olunub.


Şərhlər