Menu

Azərbaycan və Ermənistan Trampı Nobel mükafatına namizəd göstəriblər

09.10.2026, 08:41
Azərbaycan və Ermənistan Trampı Nobel mükafatına namizəd göstəriblər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampı Nobel mükafatına namizədliyini irəli sürüblər.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan paylaşımda bildirilib.

“Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində tarixi rol oynayıb.

Onun sülh prosesinə verdiyi müstəsna töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.

Səmimi-qəlbdən ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylər bu il Nobel Sülh Mükafatının verilməsi ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək”, – deyə paylaşımda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol