Menu

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır" - Prezident

09.10.2026, 10:50
"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır" - Prezident

“Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışlar ölkəmizin eyni vaxtda yeddi şəhərini əhatə etdi”.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıyıb.

“Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”, – Prezident İlham Əliyev əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol