Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb.
"AzPolitika" BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib.
"Təşkilatımızın inkişafında yeni bir mərhələ hörmətli İlham Əliyevin 2028-ci ildə ilk dəfə sədrliyi öz üzərinə götürmək qərarıdır. Bu, şübhəsiz ki, tarixi bir andır", - deyə Belarus rəhbəri vurğulayıb.
A.Lukaşenkonun sözlərinə görə, Belarus bütün iştirakçı ölkələrə sədrlikləri dövründə maksimum dəstək göstərmək niyyətindədir və bütün proseslərdə fəal iştirak edəcək:
"Şübhə yoxdur ki, MDB-nin potensialı tükənməyib. Bizim ittifaqımız hələ uzun illər boyu belə qalacaq".


Şərhlər