Menu

Husilər "Kral Xalid"i ballistik raketlərlə vurdu

09.10.2026, 15:12
Husilər "Kral Xalid"i ballistik raketlərlə vurdu

Oktyabrın 8-i husilərin Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində Səudiyyə Ərəbistanının "Saudia Airlines" milli aviaşirkətinin pilotu Həmüd bin Əli əl-Qəltami və iki ölkə vətəndaşı həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilir.

Hava limanına eyni vaxtda iki zərbə endirilib. Onlardan biri infrastruktura, ikincisi isə "Saudia Airlines" təyyarəsinə dəyib. Zərbə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb.

Həmçinin aralarında xarici vətəndaşların da yer aldığı bir neçə zərərçəkənin olduğu bildirilir. Xəsrət alanlar lazımi tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya çatdırılıb.

Zərbəyə görə məsuliyyəti Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) öz üzərinə götürüb. Qruplaşma nümayəndələri zərbəni ballistik raketlərlə endirdiklərini bəyan ediblər.

Aviaşirkət hava limanının işinin bərpa edildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol