Menu

Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödəniləcək? - AÇIQLAMA

09.10.2026, 17:47
Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödəniləcək? - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol