Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Jukovski hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bu barədə Rusiyanın Fedaral Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) rəsmi “Maks” kanalında məlumat yayıb.
“Domodedovo və Jukovski hava limanlarında hava gəmilərinin enişi və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər, əsasən pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik riskləri səbəbindən tətbiq olunur./Trend


Şərhlər