Menu

Montella Türkiyə millisindən göndərilib

09.10.2026, 19:47
Montella Türkiyə millisindən göndərilib

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonra yığmadan göndərilib.

Xatırladaq ki, Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi olub.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub. DÇ-2026-dakı uğursuzluq və bu nəticələrdən sonra azarkeşlər Montellanın istefasını tələb ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol