Menu

Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?

10.10.2026, 13:36
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb.

"AzPolitika" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 32 milyon 83 min 269 manat, qanuni təmsilçisi isə Böyük Britaniya vətəndaşı Randall Mark Nicholas-dır.

Xatırladaq ki, "Prime Cotton" 1995-ci ildə "MKT İstehsalat Kommersiya" adı ilə yaradılıb, 2024-cü ildə rebrendinq edib. Şirkət tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşmış, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Mingəçevir Sənaye Parkında fəaliyyət göstərir, Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft-qaz məhsullarının ən böyük ixracatçılarından biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol