Menu

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

10.10.2026, 13:42
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol