Menu

Kiyev sakinlərinə xəbərdarlıq edilib

10.10.2026, 22:43
Kiyev sakinlərinə xəbərdarlıq edilib

Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunun enerji sektoruna hücumlarının intensivliyi daha da artacaq. Buna görə də azı üç gün ərzində su ehtiyatı toplamaq, portativ batareyaları doldurmaq, fənər, batareya və şam ehtiyatı toplamaq, saxlama müddəti uzun olan qidalar hazırlamaq və pəncərə və otaqları izolyasiya etmək göstərişi verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol