Menu

Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb

11.10.2026, 08:56
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb

Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər isə yaralanıb.

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında dörd Səudiyyə Ərəbistanı, iki Banqladeş vətəndaşı, həmçinin ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudanın bir vətəndaşı var

Zərərçəkənlərdən bəzilərinin vəziyyəti kritikdir.

Daha əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi hava limanına hücumdan sonra onun işinin müvəqqəti dayandırıldığı barədə məlumat vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol