Menu

Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib - FOTO

11.10.2026, 10:16
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib - FOTO

Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - sonuncu mərhələsinə start verilib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, iştirakçılar son mərhələdə Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.

Marafon Azərbaycan Respbulikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 6 ölkədən 97 atletin iştirakı ilə keçirilir.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilib. Marafonun ümumi qaliblərinə isə baş mükafat bu gün sonuncu mərhələdən sonra təqdim olunacaq.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə marafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol