Menu

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb - Cərəyan sürücünü vuraraq öldürüb

11.10.2026, 11:32
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb - Cərəyan sürücünü vuraraq öldürüb

Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Təzəkənd kəndində baş verib.

Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol