Menu

"Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var" - Fərid Qayıbov

11.10.2026, 12:00
"Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var" - Fərid Qayıbov

Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var.

"Report"un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu çərçivəsində media nümayəndələrinə açıqlamasında deyib.

Nazir xatırladıb ki, marafon artıq 3-cü dəfədir keçirilir: "Marafon ilk dəfə Xankəndidə start götürmüşdü. Son 2 ildə isə Xankəndidə finiş edirik. Məsafə 192 kilometrdir, idmançılar 4 gündə bu məsafəni qət edirlər. İştirakçıların sayında kifayət qədər artım var. Onların yarıdan çoxu azərbaycanlılardır. Sevinirik ki, bizim bu qədər ulturamarafonçumuz var".

F.Qayıbov qeyd edib ki, marafonda iştirakçıların sayında qadınlar çoxluq təşkil edir.

"Yarışa 6 ölkənin iştirakçıları qatıllıb. Atletlərin təxminən 25 %-i qadınlardır. Hər bir idmançını, eləcə də xalqımızı işğaldan azad olunmuş ərazilərimizdəki növbəti idman bayramı münasibətilə təbrim edirəm", - nazir deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol