Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib.
"Report"un xəbərinə görə, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.
"Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir", - diplomatik nümayəndəliyin açıqlamasında deyilir.
Daha əvvəl "The Indian Express" qəzeti Panama bayrağı altında üzən MT GEM No. 2 tankerinin BƏƏ sahillərində dron hücumuna məruz qaldığını xəbər verib.
Hadisənin səbəbləri araşdırılır.


Şərhlər