Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında baş vermiş dəniz təhlükəsizliyi insidenti barədə məlumat yayıb.
"Report" UKMTO-ya istinadən xəbər verir ki, gəminin təhlükəsizlik zabitinin (CSO) məlumatına görə, boğazdan çıxış istiqamətində hərəkət edən tanker sol göyərtə hissəsindən naməlum mərmi ilə vurulub.
Bütün heyət üzvləri sağ-salamatdır və ətraf mühitə hər hansı ziyan (məsələn, neft sızması) dəyməyib:
"Hazırda aidiyyəti səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparır. Bölgədəki gəmilərə maksimum dərəcədə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə dərhal UKMTO-ya hesabat vermək tövsiyə edilir".
Xatırladaq ki, dünən Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.


Şərhlər