Polşada Baş nazir Donald Tuska və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı sui-qəsd hədələri səsləndirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Donald Tusk "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Sui-qəsd törətməklə hədələyən şəxs saxlanılıb", – baş nazir yazıb.
Polşa xüsusi xidmət orqanlarına koordinatorluq edən nazirin mətbuat katibi Yatsek Dobjinski bildirib ki, siyasətçilərə qarşı təhdidlər oktyabrın 11-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) daxil olub.
"Gazeta Wyborcza" qəzetinin xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, təhdid elektron poçt vasitəsilə göndərilib. Mesajda Tusk və Kosinyak-Kamışın yaşadığı ünvanlar, eləcə də onların yaxın vaxtlarda həyata keçirməyi planlaşdırdıqları fəaliyyətlər barədə məlumatlar yer alıb.


Şərhlər