Menu

Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib - Hava 33,7 dərəcə selsiyə qədər isinib

11.10.2026, 21:11
Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib - Hava 33,7 dərəcə selsiyə qədər isinib

Dunay çayının sahilində yerləşən Bolqarıstanın Ruse şəhərində oktyabrın 11-də yeni bir temperatur rekordu qeydə alınıb - hava 33,7 dərəcə selsiyə qədər isinib.

"Report" Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, həmin tarix üçün əvvəlki rekord 1924-cü ildə qeydə alınıb. O zaman havanın temperaturu 30,5 dərəcə təşkil edib.

Beləliklə, yeni göstərici əvvəlki rekordu 3,2 dərəcə üstələyib.

Rusedə oktyabrın 11-i üçün ən aşağı temperatur isə 1979-cu ildə qeydə alınıb. Həmin gün havanın temperaturu cəmi 1 dərəcə isti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol