Menu

Masazırda motosikletlə avtomobil toqquşub - İki nəfər ölüb

11.10.2026, 22:06
Masazırda motosikletlə avtomobil toqquşub - İki nəfər ölüb

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol