Menu

49 nəfər xilas edilib, 8 meyit təhvil verilib - FHN açıqladı

12.10.2026, 09:33
49 nəfər xilas edilib, 8 meyit təhvil verilib - FHN açıqladı

Ötən həftə ərzində 135 yanğına çıxış olub.

Bu barədə "AzPolitika"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol