Menu

İki qadını maşın vurub öldürdü

12.10.2026, 10:34
İki qadını maşın vurub öldürdü

Bərdə rayonunda ağır yol qəzası baş verib.

“AzPolitika” xəbər verir ki, dünən Bərdə şəhər Səməd Vurğun küçəsində N.Cəfərov “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Qadın aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Daha bir hadisə Balakəndə də baş verib. M.Taralov dünən saat 16:10 radələrində “Toyota Carolla” markalı avtomobillə Balakən şəhər R.Səmədov küçəsi ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək piyada 1990-cı il təvəllüdlü Məmmədova Xədicə Ramiz qızını vurub. O aldığı xəsarətlər nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol